Qəza ilə bağlı 10 nəticə | İlkin hesabat |
Sənəddə bildirilir ki, hava gəmisinin komandir, ikinci pilot, baş bort bələdçisi və iki bort bələdçisindən ibarət ekipaj üzvləri uçuşdan qabaq Bakı şəhərində Heydər Əliyev Beynəlxalq Aeroportunun tibb məntəqəsində yoxlanışdan keçiblər. Hava gəmisinə “SILK WAY TECHNICS” şirkətinin texniki heyəti tərəfindən 03:00-da “DEPARTURE CHECK” çərçivəsində baxış keçirilib və saat 03:20-də şəxsi heyət tərəfindən qəbul olunub.
Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Qəza ilə bağlı 10 nəticə | İlkin hesabat
"Çoxlu kənar obyektlər götürülüb..." | Qəza ilə bağlı hesabat
"Təyyarə havada zədələnmişdi" | Hesabatdan sitat